ABŞ strateji nüvə qüvvələrinin “Qlobal İldırım” (Global Thunder) təlimlərinə start verib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun rəsmi nümayəndəsi Brayan Maquirə istinadla məlumat yayılıb.
“Strateji Silahların Azaldılması haqqında sazişə əsasən, Rusiya və ABŞ böyük nüvə təlimləri haqqında bir-birlərini xəbərdar etməlidir. Buna görə də Rusiya əvvəlcədən təlimlər haqqında məlumatlandırıldı”, - Maquir deyib.
Qeyd edək ki, “Qlobal İldırım” təlimləri hər il keçirilir.