Yəməndə qəbilələr hücuma keçdi: 12 səudiyyəli hərbçi öldü

Yəməndə qəbilələr hücuma keçdi: 12 səudiyyəli hərbçi öldü backend

Yəməndə “Bakil” qəbiləsinin üzvlərindən ibarət silahlı dəstə Cizan əyalətində Səudiyyə Ərəbistanının 4 sərhəd postuna hücum edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, hücum Səudiyyə Ərəbistanının Yəmənin şimal bölgələrinə çoxsaylı itkilərlə nəticələnən zərbələrinə cavab olaraq törədilib.

Məlumata görə, hücum zamanı Səudiyyə Ərəbistanının 12 hərbçisi həlak olub. Hərbçilər Cəbel – Cahvan dağına və Ər Radif şəhərinə çəkilməyə məcbur olub. Silahlılar silah-sursat anbarlarını ələ keçirə bilib.
Diaspora