Türkmənistanda varis oyunu

Türkmənistanda varis oyunu backend

Sərdar Berdımuxammedov gələcəkdə Türkmənistan lideri olmağa hazırlaşır… Türkmənistanın prezidentinin atasının adına olan medalla təlitif olunanlar arasında Qurbanqulu Berdımuxammedovun öz oğlu da var.

Moderator.az-ın rus versiyası yazır ki, bu haqda “Türkmənistan xronikası” nəşri xəbər yayıb.

Mayor Sərdar Berdımuxammedov güc strukturlarının digər əməkdaşlarıyla birgə babası Məlikqulı Berdımuxammedov adına “Vətən qarşısında xidmətlərinə görə” medalına layiq görülüb.

Xəbərdə xatırladılır ki, Məlikqulı Berdımuxammedov adına medal bu ilin avqustnda təsis edilib.

Bildirilir ki, Türkmənistan prezidentinin atası müəllim olub, islah-əmək müəssisəsində şöbə müdiri işləyib.

Türkmənistan prezidentinin yeganə oğlu olan S.Berdımuxammedovun onun varisi olaraq hazırlanması haqda qeyri-rəsmi versiyalar səslənir. “Azadlıq” radiosunun Türkmənistan redaksiyası onun siyasi fəallığının məhz bununla bağlı olduğunu vurğulayır. Radio dövlət KİV-in Sərdarın görüşlərinə, iştirak etdiyi tədbirlərə geniş yer ayırdığını qeyd edir.

Türkmənistan liderinin oğlu Rusiya XİN-in Diplomatiya Akademiyasını bitirib. O, bir müddət Prezident yanında Karbohidrat Ehtiyatlarının İdarə Olunması və İstismarı üzrə Dövlət Agentliyinin rəhbərliyində çalışıb. Daha sonra Sərdar Berdımuxammedov Axal vilayəti prokurorunun köməkçisi, XİN-də departament rəhbəri vəzifələrində işləyib. Respublika parlamentinin deputatı seçilib.