Əfqanıstanda İŞİD və “Taliban“ arasında silahlı toqquşma olub, 5 terrorçu ölüb

Əfqanıstanda İŞİD və “Taliban“ arasında silahlı toqquşma olub, 5 terrorçu ölüb backend

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində İŞİD və "Taliban" terror qruplaşmalarının üzvləri arasında baş verən silahlı toqquşma zamanı azı 5 yaraqlı ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli hakimiyyət dairələrinə istinadən "Khaama Press" məlumat yayıb.

Məlumata görə, tərəflər arasında döyüş şənbə günü səhər saatlarında Xocani rayonunda başlayıb. Atışma nəticəsində İŞİD-in 5 yaraqlısı ölüb, "Taliban" qruplaşmasının 3 silahlısı yaralanıb.

Toqquşmanın səbəbləri barədə məlumat yoxdur.