İraq ordusu beş kəndi terrorçulardan azad edib

İraq ordusu beş kəndi terrorçulardan azad edib backend

İraq hərbçiləri Əl-Qaim şəhəri ərazisində beş kəndi, dəmir yolu stansiyasını və elektrik stansiyasını İŞİD terror qruplaşması yaraqlılarından azad ediblər.

RİA "Novosti" xəbər verir ki, bu barədə ordu komandanlığının məlumatında bildirilir.

"Ordu bölmələri və xalq könüllüləri Ən-Nazva, Ən-Nahiyyə, Əl-Amari, Ət-Təzaliyə və Rataca kəndlərini azad ediblər", - deyə məlumatda qeyd olunur.

Bundan əlavə, komandanın sözlərinə görə, qoşun Əl-Hürr körpüsü, Əl-Qaim dəmir yolu stansiyası və yerli elektrik stansiyası üzərində nəzarəti bərpa edib.