Avropa İttifaqı Kataloniyanın müstəqilliyini tanımayacağını açıqlayıb

Avropa İttifaqı Kataloniyanın müstəqilliyini tanımayacağını açıqlayıb backend

Avropa İttifaqı Kataloniya parlamentinin müstəqillik haqqında Bəyannamə qəbul etməsinə münasibət bildirib.

APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Kataloniynın müstəqillik elan etməsinin Avropa İttifaqı üçün heç nəyi dəyişdirməyəcəyini bidirib. O, Aİ-nin yalnız İspaniya mərkəzi hökuməti ilə əlaqələri davam etdirəcəyini söyləyib: “Bizim tərəfdaşımız İspaniya olaraq qalacaq”.