“Referendumun nəticələrinin ləğvini tələb edirik!” – İraq baş naziri

“Referendumun nəticələrinin ləğvini tələb edirik!” – İraq baş naziri backend

İraq baş naziri Heydər əl-İbadi İraq Kürd Regional Hökumətinin keçirdiyi müstəqillik referendumunun nəticələrinin ləğvini istəyib.

Avropa.info xəbər verir ki, İraq baş naziri mətbuat katibliyinin verdiyi məlumatda İbadinin rəsmi səfərlə getdiyi Tehranda bu bəyanatı verdiyi deyilir.

“Etməmələri üçün xəbərdarlıq etdik, ancaq səylərimiz boşa çıxdı. Referendumun dondurulmasını qəbul etmirik. Ləğvini və konstitusiyaya riayət edilməsini istəyirik” – o, belə deyib.

İraq baş naziri Kərkük və digər mübahisəli ərazilərin peşmərgədən alınması ilə bağlı deyib ki, əsas strategiyaları bu əraziləri dövlətin nəzarətinə keçirməkdir.