Türkiyənin Tekirdağ vilayətində sel hərbi maşını aparıb. İnsident nəticəsində 1 nəfər hərbçi həlak olub.
Hadisə zamanı avtomobildə 4 hərbçi və 2 polis olub. Xilasetmə işləri nəticəsində 5 nəfəri sel sularından xilas etmək mümkün olub.Hazırda həlak olmuş hərbçinin cəsədinin axtarılması istiqamətində iş aparılır. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.
(Trend)