Bərzani aciz durumda: Bağdad bizə cavab vermir

Bərzani aciz durumda: Bağdad bizə cavab vermir backend

Biz rəsmi Bağdada referendumun nəticələrinin dondurulmasını təklif etmişik. Lakin Bağdad hələ ki, atəşkəs və danışıqlara başlamaqla bağlı təklifimizə cavab verməyib.

Axar.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin müşaviri Kifah Sincari deyib.

“İraq ordusu ilə Kürd Muxtariyyəti arasında qarşıdurma davam edir. Bu gərgin vəziyyət hər iki tərəfin mənafeyinə ziddir”, - müşavir bildirib.

Qeyd edək ki, İraq Kürd Muxtariyyəti rəsmi Bağdada müstəqilliklə bağlı keçirilən referendumun nəticələrinin dondurulması və danışıqlara başlamaq istəyini rəsmən təklif edib.