“PKK-nı birlikdə bitirəcəyik“ - Ərdoğan və Əl-Abadi

“PKK-nı birlikdə bitirəcəyik“ - Ərdoğan və Əl-Abadi backend

İraq baş naziri Heydər əl-Abadi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PK-ya qarşı birgə mübarizə mesajını veriblər.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İraqın baş naziri Heydər əl-Abadi müstəqillik referendumundan sonra Məsud Bərzaninin geriyə addım atdığı bu gün, yəni oktyabrın 25-də Ankaraya gedib.

İki dövlət başçısının açıqlamasında PKK ilə birgə mübarizə fikri vurğulanıb.

"İŞİD-a qarşı zəfər qazanmağı bacardıq"-deyən Abadi bunları söyləyib: "Bizlər çox təəssüf ki, sıxıntıların yaşandığı coğrafiyanın bir parçasıyıq. Artıq bu sıxıntıların çözülməsinin zamanı gəlmişdir. Sərhədlərimiz daxilində heç bir silahlı qrupa içazə verməyəcəyik".