Krım yarımadası ilə bağlı açıqlamasında işlətdiyi ifadələrə görə Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcəyini açıqlayan Kseniya Sobçak barəsində "Separatizm və ya ekstremizm" maddələri ilə cinayət işi açıla bilər.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Sobçakın vəkili Oksana Mixalkina danışıb.Vəkilin sözlərinə görə, əgər məhkəmə Sobçakın ifadələrində ölkənin ərazi bütövlüyünü pozmağa yönələn hər hansı bir çağırış aşkar edərsə, aparıcını 5 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Kseniya Sobçak çıxışı zamanı “Krım beynəlxalq nöqteyi nəzərindən Ukraynanındır”, - ifadəsini səsləndirmişdi.