Əfqanıstan hökuməti və "Taliban" qruplaşması üzvləri arasında danışıqlar aparılıb. Hökumət "Taliban"ın siyasi ofis açmasına razılıq verib. Qatarda iki gün davam edən danışıqlardan sonra tərəflər bəyanat veriblər.
“Qeyri-rəsmi görüşə "Taliban" təmsilçiləri, Əfqanıstan hökuməti və BMT nümayəndələri qatılıblar. Tərəflər razılaşıblar ki, "Taliban" Qətərdə siyasi ofisini yenidən açsın. Bu məsələ 2013-cü ildə mübahisə doğurmuşdu."Taliban" nümayəndəsi deyib ki, atəşkəsə əsas maneə üzrə heç bir irəliləyiş əldə olunmayıb. Bu maneə ölkədə 10 minlik ABŞ hərbi təlimçisinin və anti-terror qüvvələrinin qalmasıdır. Bütün xarici qüvvələr Əfqanıstandan çıxmayanadək döyüş dayandırılmayacaq.
Xatırladaq ki, Əfqanıstanın yeni prezidenti Aşrəf Qani ötən il vəzifəyə gələndən "Taliban" ilə danışıqların prioritet təşkil edəcəyini söyləmişdi.