Kataloniya parlamenti oktyabrın 26-da keçiriləcək iclasında regionun müstəqilliyini elan edə bilər.
Trend xəbər verir ki, Kataloniya rəhbəri Karles Puçdemont Madridin bir neçə gün əvvəl Kataloniya ilə bağlı qərarını "demokratiyaya hücum" adlandırıb.Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında referendum keçirilib. Muxtar vilayət hələ müstəqilliyini elan etməyib.
Oktyabrın 21-də isə İspaniya hökumətinin fövqəladə iclasında Kataloniyanın muxtariyyətinin dayandırılması və regional parlamentə növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edilib.