Peşmərgə qüvvələri Sincardan Dahuka gedən yolu bağlayıb.
Axar.az xəbər verir ki, bu barədə İraq ordusu məlumat yayıb.Peşmərgə hərbçisi Yunus Qoran isə kəşfiyyat məlumatı aldıqdan sonra belə bir qərar verdiklərini bildirib:
“Bizə gələn kəşfiyyat məlumatına görə, İraq ordusu Suriya sərhədindəki bəzi məntəqələri ələ keçirməyə hazırlaşır. Buna görə də Sincar-Dahuk yolunu bağladıq”.