İrandan Türkiyəyə etiraz: Azərbaycan və Ermənistan...

İrandan Türkiyəyə etiraz: Azərbaycan və Ermənistan... backend

Türkiyə İran qazının əsas bazarıdır.

Axar.az "Axşam" qəzetinə istinadən xəbər verir ki, bu sözləri İran Neft Nazirliyinin rəsmisi Həmid Rza İraqi deyib.

“Bizim üçün mühüm bazar olan Türkiyəyə rəqib ölkələrin, məsələn, Türkmənistanın qazının mübadilə yolu ilə daşınmasına qarşıyıq. Lakin Türkmənistan qazının Azərbaycan və Ermənistana mübadilə edilməsində heç bir problem görmürük”, - İraqi bildirib.

O, İran qazının Türkiyəyə ixracının həcminin artırılması ilə bağlı hələ ki, tərəflər arasında danışıqların olmadığını qeyd edib.