Ermənistan parlamentinin sədri Cənubi Osetiya parlamentinin başçısını qəbul edib və iki ölkənin arasında münasibətlərin dərinləşməsi barədə müzakirə aparıb.
ANS PRESS-in məlumatına görə, Gürcüstan mətbuatında Cənubi Osetiya parlamenti sədri Anatoliy Babilovun bu il mayın 3-də Xankəndində qondarma DQR-in parlament seçkiləri ilə əlaqədar Dağlıq Qarabağa qanunsuz səfərinə və orada Ermənistan parlamentinin spikeri ilə görüşü ciddi rezonans doğurub.KİV-lərdə "Gürcüstan və Ermənistan arasında diplomatik qalmaqal" mözvusunda yazılan məqalələrdə Cənubi Osetiya parlamentinin veb-saytına istinadən yazılır: "Anatoli Babilov Ermənistan Milli Məclisinin sədri Qalust Saakyanın dəvəti ilə Dağlıq Qarabağda idi və onunla görüşdə iki "ölkə" arasında əlaqələrin dərinləşməsi məsələlərini müzakirə edirdi."
Bu məsələ ilə bağlı jurnalistlərə nə Gürcüstanın Xarici İşlər Nazirliyindən, nə Gürcüstandakı Ermənistan səfirliyindən, nə Ermənistandakı gürcü səfirliyindən, nə də erməni apostol kilsəsinin gürcü yeparxiyasından şərh verilməyib.
Gürcü politoloq Soso Sinsadze bu addımı diplomatik dildə "düşməncəsinə jest" adlandırıb və bunu gürcü diplomatiyasının zəifliyi kimi qiymətləndirib: "Ermənistanın belə siyasəti yolverilməzdir. Ermənistan ayrıca dövlətdir, amma Xankəndi Azərbaycana aiddir. Ermənilər Dağlıq Qarabağa "müstəqil dövlət" deyirlər. Amma, Ermənistan parlamenti sədri Tsxinvali parlamenti sədrini de-fakto dəvət edir və onunla görüşür, bu, gürcü diplomatiyasının böyük zəifliyidir."
Onun fikirincə, "erməni soyqırımı"nın 100 illiyi tədbirlərinə Gürcüstandan aşağı dərəcəli nümayəndə heyəti göndərilmişdi. Gürcüstan "erməni soyqırımı"nı tanımır və buna görə də Ermənistan bizə qarşı belə hərəkətlərə yol verir.
Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat katibi David Kereselidze əvvəl deyib ki, əgər qondarma Dağlıq Qarabağ Respublikasında Qalust Saakyan ilə Anadolu Bibilovun görüşü baş tutarsa, buna mütləq reaksiya veriləcək.
Ermənistan parlamentinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Arsen Babayan bildirib ki, Anatoli Babilov ilə Qalusta Saakyanın görüşü şəxsi xarakter daşıyırdı və heç bir rəsmi məsələ müzakirə edilmirdi.