ABŞ prezidenti Donadl Tramp Suriyanın Raqqa şəhərinin İŞİD-dən azad edilməsi ilə bağlı bəyanatla çıxış edib.
RİA “Novosti" xəbər verir ki, Tramp bildirib: "Bizim İŞİD-ə qarşı mübarizədə tərəfdaşlarımız "Suriya demokratik qüvvələri" Raqqanı uğurla azad etdilər. Bizim qüvvələr şəhəri İŞİD-in nəzarətindən birgə azad etdilər".Tramp qeyd edib ki, İŞİD-in Raqqada darmadağın edilməsi bizim İŞİD-i tam darmadağın etmə qlobal kampaniyamızda mühüm irəliləyişdir: "İŞİD-in "paytaxtı" Rəqqanın və ərazilərin çoxusunun azad olunması ilə xilafətin sonu yaxındır".
Bundan əlavə, Tramp ABŞ hərbçilərinə təşəkkürünü bildirib.