Moskva Türkiyəni silahlandırır

Moskva Türkiyəni silahlandırır backend

Rusiya Türkiyə silah və hərbi texnika ixracatını genişləndirmək istəyir. Bu barədə Rusiya hərbi ixracat şirkəti "Rosoboroneksport"un mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir ki, bu gün İstanbulda IDEF 2015 beynəlxalq müdafiə sənayesi sərgisi açılıb və "Rosoboroneksport" türkiyəli tərəfdaşları ilə bir sıra danışıqlar aparmağa qərara alıb.

"Bu gün Türkiyənin maraqlarına uyğun olaraq, biz Mi-17 hərbi-nəqliyyat helikopterlərinə satışdan sonra xidmət gerçəkləşdiririk, həmçinin Rusiya gecə görmə cihazları ehtiyat hissələri və ləvazimat göndəririk. Hələ ki, bu, başlanğıcdır. Amma biz Türkiyəyə silah və hərbi texnika ixracının genişləndirilməsi üzərində işləyirik", - deyə "Rosoboroneksport"dan vurğulanıb.
Diaspora