Azərbaycanlıya Ukraynada vəzifə verildi

Azərbaycanlıya Ukraynada vəzifə verildi backend

Azərbaycanlıya Ukraynada vəzifə verilib. Ukraynanın Nazirlər Kabineti növbədən kənar yığıncaq keçirib. İclasda Roman Nəsirov Dövlət Fiskal Xidmətinin başçısı təyin edilib.

Roman Mixail oğlu Nəsirov 3 mart 1979-cu ildə anadan olub. 2000-ci ildə Çerniqov Dövlət İnstitutunda "Maliyyə" ixsisası üzrə ali təhsilini başa vurub. 2001-ci ildə T.Şevçenko adına Kiyev Milli Universitetində ikinci ikinci ali təhsilini almağa başlayıb. 1994-1995 illərdə fövqəladə hadisələr üzrə menecer işləyib.

Azərbaycanlı "Qalnaftoqaz" Qapalı Səhmdar Cəmiyyətində 1995-2000 ildə direktor müavini vəzifəsində çalışıb. 2013-cü ilin aprelində Ukrayna Dövlət Ərzaq-Taxıl Korporasiyasının İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub və 1 il bu vəzifədə işləyib. 2014-cü il oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən seçkilərdə prezident Pyotr Poroşenkonun blokundan deputat seçilib. Roman Nəsirov ailəlidir və iki uşağı var.
Diaspora