AB qərar verdi: Türkiyəyə pis xəbər

AB qərar verdi: Türkiyəyə pis xəbər backend

Türkiyə 2020-ci ilə qədər Avropa Birliyinin üzvlüyünə qəbul olması üçün ayrılması nəzərdə tutulan 4,45 milyard avronu Brüsseldən ala bilməyəcək.

Axar.az xəbər verir ki, bu barədə qərar Avropa Birliyi ölkələri liderlərinin Brüsseldəki sammitində qəbul edilib. Qərarın qəbulunda əsas aktiv rolu Almaniya oynayıb.

Qeyd edək ki, son vaxtlar Almaniya ilə Türkiyə arasındakı münasibətlər pisləşib. Bu da Ankaranın avtomatik olaraq Avstriya, Belçika kimi ölkələrlə münasibətlərinin kəskinləşməsinə səbəb olub.