Birləşmiş Ərəb Əmirliklərinin “Etihad” milli aviaşirkəti Ermənistandakı fəaliyyətini dayandırıb.
Axar.az xəbər verir ki, “Jamanak” qəzeti Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulduğu üçün belə bir qərarın verildiyini yazıb.“Bu, hər şeyin Rusiyaya verilməsi siyasətinin davamıdır. Ruslar bütün xarici şirkətlərin Ermənistan bazarına yalnız onların razılığı ilə çıxması üçün hər şeyi edirlər, - Ermənistan Mülki Aviasiya Baş İdarəsinin keçmiş rəhbəri Şaqen Petrosyan qəzetə açıqlamasında deyib. Petrosyan bildirib ki, ola bilsin “Etihad”ın bu qərarı gəlirlərin lazımi səviyyədə olmaması ilə bağlıdır, lakin burada da rusların müdaxiləsi mümkündür: “Bu, Avrasiya İqtisadi Birliyinə üzvlüklə də bağlıdır. Problem ondadır ki, hər kəs Ermənistandan imtina edir”.