Kərkük əməliyyatının başında İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general Qasım Süleymani dayanıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Axşam” nəşri informasiya yayıb.Məlumata görə, Kərkük əməliyyatının aparıcı qüvvəsi Haşdi-Şabi qüvvələri təyin edilib. Hücum edəcək qüvvələr sırasına İraq ordusunda xidmət aparan kürd birliklər daxil edilməyib. Əksinə son anda türkmanlardan ibarət dəstələr döyüşə cəlb olunub. İraq və Haşdi-Şabi qüvvələri ABŞ-ın hava hücumundan qorxaraq hava qüvvələrini əməliyyata daxil etməyiblər. Vaşinqtonun vasitəçi kimi çıxış etməyə hazırlaşdığı bir vaxtda ani verilən bir qərarla hücuma başlanılıb və bununla da hər hansı bir əks-həmlənin qarşısı alınıb.