BMT ərəb koalisiyasını Yəmənin “Sana” aeroportunda baş verənləri dayandırmağa çağırıb.
ATV.az Rusiya KİV-nə istinadən bildirir ki, müharibə gedən Yəməndən heç kimi təxliyə və kömək etmək mümkün deyil. BMT-ın məlumatına görə, uçuş-enmə zolağının növbəti bombardmanı nəticəsində dağıntılar daha da çoxalıb. Təmir zamanı isə uçuşları həyata keçirmək mümkün deyil. Yanan aeroporta sadəcə yanğınsöndürənlər kömək edə bilmir. Baş verənlərə görə, bir çox dövlət öz vətəndaşlarını Yəməndən xilas edir.Son məlumatlara görə, Yəməndə 650 sülh sakini münaqişənin qurbanı olub.