Ukrayna Dövlət Fiksal Xidmətinin rəhbəri vəzifəsinə əslən azərbaycanlı olan Roman Nəsirov təyin edilib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.“Nazirlər Kabineti mayın 5-də keçirilən növbədənkənar iclasda Roman Nəsirovu Dövlət Fiksal Xidmətinin sədri təyin edib. Hökumətin qərarına əsasən Konstantin Likarçuk və Sergey Bilan sədr müavini təyin olunublar”, - məlumatda bildirilib.
Qeyd edək ki, Roman Nəsirov eyni zamanda Ukrayna Ali Radasının vergi və gömrük siyasəti komitəsinin sədridir.