Bu qüvvə Əsədi devirmək üçün qorunur - Lavrov

Bu qüvvə Əsədi devirmək üçün qorunur - Lavrov backend

Nüsrə Cəbhəsi terror təşkilatı Suriyada “B planı”nın icrası üçün xüsusi olaraq qorunur.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. O, bu terror təşkilatı vasitəsilə Suriya hökumətinin devrilməsinin planlaşdırıldığını söyləyib:

“Biz ABŞ-la Suriyada Obama dövründən bu yana sıx çalışmışıq. Biz amerikalılarla Suriyada terrorizmlə mübarizənin birgə koordinasiyası barədə razılaşmışdıq. Onlar hələ də öhdəliklərini yerinə yetirməyiblər. Nüsrə Cəbhəsi terror təşkilatı Suriyada “B planı”nın icrası üçün xüsusi olaraq qorunur. Bununla Suriyada Əsədin devrilməsi nəzərdə tutulur”.