İsrail Dəməşq yaxınlığında Əsədin HHM sistemini məhv etdi

İsrail Dəməşq yaxınlığında Əsədin HHM sistemini məhv etdi backend

İsrail HHQ nümayəndələri Dəməşq yaxınlığında Suriya hərbi hava müdafiə batareyasına məhv etmələri barədə məlumat yayıblar.



Avropa.info xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti yazıb. Qəzetin yazdığına görə, İsrail təyyarələri Livan hava məkanından uçarkən Suriyanın S-200 zenit batareyalarının atəşinə məruz qalıblar. Lakin zədə almayıblar.

İsrail ordusu nümayəndəsi Ronen Manelis deyib ki, İsrail HHQ cavab atəşi açaraq HHM batareyasını məhv edib.

“Suriya rejimi öz ərazisindən açılan atəşə görə Suriya rejimi məsuliyyət daşıyır. Biz bu insidenti açıq təxribat kimi görürük. Buna yol verməyəcəyik” – o, belə deyib.

İsrail ordusunun nümayəndəsi baş verən əməliyyat haqda real vaxt rejimi haqda Rusiya hərbçilərinə məlumat verdiyini bildirib.