ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) 2013-cü ilin avqustunadək Almaniya və ümumilikdə Avropadakı hədəfləri izləyib.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Almaniyanın kəşfiyyat xidmətinin məxfi hesabatında deyilir.Hesabatda qeyd olunur ki, MTA avropalı siyasətçilər, Aİ ölkələrinin hökumətləri, Aİ-nin qurumlarına və Almaniya şirkətlərinə qarşı casusluq fəaliyyəti həyata keçirir: "Bu, Almaniyanın maraqlarına ziddir".