Ərdoğan Putinin təklifini rədd etdi

Ərdoğan Putinin təklifini rədd etdi backend

Rusiya Prezidenti Vladimir Putinin uzun müddət hazırlaşdığı faşizm üzərində qələbənin 70 illik yubileyinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatılmayacaq.

Axar.az xəbər verir ki, rəsmi Ankaranı Qırmızı Meydanda Moskvadakı səfir Ümid Yardım təmsil edəcək.

Əldə olunan məlumata görə, Ərdoğan Kremlin dəvətinə müsbət cavab verməyib və bu qərar rəsmi şəkildə Kremlə çatdırılıb.

Bildirək ki, Putinin Çanaqqala döyüşünün 100-cü ildönümü ilə əlaqədar təşkil olunan mərasim zamanı Ermənistanda qondarma erməni “soyqırımı” mərasiminə qatılması iki ölkə arasında gərginliyə səbəb olmuşdu. Putin 24 apreldə İrəvan əvəzinə Türkiyəyə gəlməsini istəyən Ərdoğana mənfi cavab vermiş, Duma sədri Sergey Narışkin mərasimdə iştirak etmişdi.

Bu arada “Kommersant” qəzeti iki ölkə arasında nəhəng layihələr arasında yer alan Türk Axınının siyasi proseslərə görə yubandığını iddia edib. Qəzetin məlumatına görə, Rusiyanın "soyqırım" şərhlərinə Ankara Türk Axınını gecikdirməklə cavab verə bilər.
Diaspora