Klinton: Putinin mənimlə düşmənçiliyi var

Klinton: Putinin mənimlə düşmənçiliyi var backend

“Əminəm ki, Rusiya Prezidenti Vladimir Putinin mənimlə şəxsi düşmənçiliyi var“.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton danışıb.

“Bizim kəşfiyyat orqanımız Putinin mənə qarşı şəxsi düşmənçiliyi olduğunu bildirmişdi. Ruslar Trampa kömək etmək və mənə ziyan vurmaq istəyirdilər. Daha dəqiq desəm, onun qələbə qazanmasına və mənim məğlubiyyətimə çalışırdılar”, - Klinton bildirib.

Xatrladaq ki, Hillari Klinton prezident seçkisini uduzmağında əsas səbəblərdən birinin Rusiya müdaxiləsi olduğunu bildirmişdi.