Suriya Xarici İşlər Nazirliyi Ankaradan Suriya əyaləti olan İdlibdən qoşununu çıxarmağı tələb edib.
Qaziler.az bildirir ki, Reuters Suriyanın dövlət televiziyasına istinadən bu barədə məlumat yayıb.Suriya nazirliyi Türkiyə qoşunlarının regiona yeridilməsini bu ölkənin suverenliyinin və beynəlxalq hüquq normalarının pozulması kimi dəyərləndirib.
Türkiyə isə öz növbəsində hərbi qüvvələrin İdlibdə yerləşdirilməsinin deskalasiya zonasına nəzarət üçün olduğunu bildirib.
Bir qədər əvvəl KİV Türkiyə-Suriya sərhəddində Türkiyənin 8 tankının, 50 zirehli texnikanın və 200-ə qədər hərbçisinin yerləşdirildiyini bildirmişdi.