Türkiyə baş nazirinin İraqa səfəri təxirə salınıb

Türkiyə baş nazirinin İraqa səfəri təxirə salınıb backend

Türkiyənin baş naziri Binəli Yıldırımın İraqa səfəri təxirə salınıb.

“Report”un "Habertürk"ə istinadən verdiyi məlumata görə, səfər oktyabrın 15-də baş tutmalı idi.

Səfərin hansı səbəbdən təxirə salınması barədə məlumat verilməyib.

Qeyd edək ki, səfər çərçivəsində keçirilməsi planlaşdırılan görüşlərdə İraqın şimalında keçirilən “referendum”dan sonrakı vəziyyət müzakirə olunmalıydı.