Emmanuel Makron Ruhaninin dəstəklədi

Emmanuel Makron Ruhaninin dəstəklədi backend

Avropa ölkələri rəsmi Tehran və altılıq ölkələri arasında imzalan atom üzrə razılaşmanı davam etdirmək niyyətindədir.

“İnterfaks” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı bildirib.

“Prezident xatırladıb ki, ABŞ-ın mövqeyi atom üzrə sazişin ləğv olunması ilə nəticələnməyəcək. Fransa, onun avropalı tərəfdaşları və bütün tərəflərlə birgə bütün öhdəlikləri yerinə yetirməyə davam edəcək”, - deyə Yelisey Sarayının yaydığı məlumatda bildirilib.

Makron, həmçinin bildirib ki, Fransa XİN rəhbəri Jan-İv Le Drian yaxın həftələrdə İrana səfər edərək nüvə problemini müzakirə edəcək.