Türkiyənin Ruiyadan S-400 zenit-raket kompleksləri alması öz-özlüyündə problem təşkil edir.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın NATO üzrə daimi təmsilçisi Key Beyli Hatçison çıxış edib.“Bu NATO-da təşviş yaratdı, belə ki, bu sistemlər alyansın istifadə etdiyi sistemlərlə uyğunluq təşkil etmir” – o, “Washington Post” qəzetinə müsahibəsində belə deyib.
Hatçison Türkiyənin ABŞ üçün əsas tərəfdaş olduğunu və Vaşinqtonun Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu bir neçə dəfə qeyd edib. Lakin o, ABŞ-ın Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmədiyini bildirib:
“Bu bizim maraqlarımıza uyğun deyil. Həmçinin Türkiyənin maraqlarında deyil” – Hatçison belə deyib.
Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 raketlərinin alınması ilə bağlı müqaviləni imzalayıb və ilkin ödənişi də edib.