Nazirlik: “Çin Azərbaycan üçün prioritet bazardır”

Nazirlik: “Çin Azərbaycan üçün prioritet bazardır” backend

Çin Azərbaycan üçün böyük imkan və prioritet bazardır. Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci toplantısı çərçivəsində "Mərkəzi Asiya, Cənubi Qafqaz və regional əməkdaşlıq və inteqrasiyanın gələcəyi" mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə əsasən, Azərbaycanın Şərqlə Qərb arasında körpü olmaq üçün bütün imkanları var: "Hazırda Çin dünyanın ən böyük istehsalçısıdır, Avropa İttifaqı isə ən böyük istehlakçıdır. Azərbaycan onlar arasında özünəməxsus körpü ola bilər".

S.Babayev Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətləri vasitəsilə Çin və Aİ ölkələri arasında nəqliyyat dəhlizinin yaradılmasının vacibliyini qeyd edib: "Bu, ümumilikdə regionun və xüsusilə Azərbaycanın rolunu artıracaq".

O bildirib ki, Azərbaycan məhsulların Çindən Aİ-yə tədarükü prosesində vacib rol oynaya bilər: "Biz Şərq və Qərb arasında seçim etməməliyik, çünki həm Çin, həm də Aİ ilə eyni vaxtda əməkdaşlıq edə bilərik".
Diaspora