Suriyanın İdlib bölgəsində gedən döyüşlər Türkiyənin İdliblə sərhəd olan Hatay bölgəsinin Reyhanlı rayonunda hiss olunub.
Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.Məlumata görə, İdlibin Türkiyə sərhədinə yaxın olan düzənlik hissəsində atışma gedir. Qarşıdurmanın məhz hansı qüvvələr arasında baş verdiyi haqqında informasiya verilməyib.