10 min yeni iş yeri açılır

10 min yeni iş yeri açılır backend

“Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələri Azərbaycanda 10 mindən artıq yeni iş yerlərinin açılmasına səbəb olacaq.

Azərtac xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc olunan yazısında məlumat verib.

“Şahdəniz-2” layihəsinin iqtisadi əhəmiyyətindən danışarkən R.Abdullayev bildirib ki, həyata keçiriləcək tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsinin Azərbaycanda icra olunacağı xüsusi vurğulanmalıdır:

“Bu, ölkənin istehsalat və inşaat potensialını daha da artıracaq. 2018-ci ilədək layihə çərçivəsində iki platforma quraşdırılmalı, sualtı boru kəmərləri çəkilməli, Səngəçal terminalında texnoloji sahə artırılmalıdır. Bu məqsədlə Bakıdakı tikinti-quraşdırma meydançalarında texniki və texnoloji rekonstruksiya işləri aparılacaq, bir neçə gəminin texniki və funksional imkanları artırılacaq, “İstiqlal” və “Dədə Qorqud” qurğuları da təkmilləşdiriləcək. Sualtı tikinti işlərinin həyata keçirilməsi üçün inşa ediləcək yeni unikal çoxprofilli gəminin Bakı Gəmiqayırma zavodunda tikilməsi planlaşdırılır. “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələri Azərbaycanda 10 mindən artıq yeni iş yerlərinin açılmasına səbəb olacaq”.
Diaspora