Türkiyə Silahlı Qüvvələri YPG-nin Azez vilayətinin qərbində yerləşən Maarin kəndinə hücumunun qarşısını alıb.
Axar.az xəbər verir ki, “Anadolu” agentliyi Azad Suriya Ordusunun nəzarətində olan bölgəyə hücumdan sonra YPG-nin mövqelərinin türk ordusu tərəfindən top atəşinə tutulduğunu qeyd edib.Qeyd edək ki, YPG PKK-nın Suriya qanadı hesab edilir. Bu terror təşkilatı ABŞ-ın Suriyadakı əsas müttəfiqi və “quru qoşunu” sayılır.