Kreml ABŞ-da Rusiya bayraqlarının götürülməsinə münasibət bildirdi

Kreml ABŞ-da Rusiya bayraqlarının götürülməsinə münasibət bildirdi backend

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiyanın ABŞ-dakı diplomatik binalarının üzərindəki bu ölkənin bayraqlarının götürülməsinə münasibət bildirib.

Qaziler.az Gazeta.ru-ya istinadən bildirir ki, Kreml rəsmisi məsələyə münasibət bildirərkən bəyan edib: "Təbii ki, bu düşmənçilik münasibətidir, qeyri-dostcasına əməldir və bu, iki ölkə arasında gələcək münasibətlərin korlanmasına aparır. Şübhəsiz, prezident Putin bu halda Rusiyanın maraqlarına uyğun hərəkət edəcəkdir".

Xatırladaq ki, oktyabrın 11-də San-Fransiskoda konsulluq obyektlərində Rusiya bayraqları çıxarılmışdı.