QAZİLƏR.AZ saytı Qruziya-online-a istinadən xəbər verir ki, Kaxetiyada məhbus məhkəmə zalından qaçıb.
21 yaşlı Dmitriy Xaçiaşvili məhkəmə gedən zalda nəzarətçinin yadından çıxarıb yaxınlıqdakı stolun üstünə qoyduğu açarı götürərək dəmir qəfəsin qapısını açaraq özünü pəncərədən çölə atıb. Qeyd edək ki, D.Xaçiaşvili başqa internetdə tanış olduğu bir nəfəri bıçaqla yaraladığı üçün 2 il azadlıqdan məhrum edilib.Onun arxasınca düşən polislər Tbilisiyə üz tutan məhkumu Saqareco rayonunda həbs ediblər.