İtaliyanın Baş naziri Matteo Renzi və hökumətin hazırladığı "İtalisum" adı verilən qanun parlamentdə qəbul olunub.
Axar.az xəbər verir ki, həm ölkə, həm də iqtidar daxilində böyük müzakirələrə və zaman-zaman ciddi fikir ayrılığına səbəb olan qanun layihəsi 630 yerlik məclisdə 334 deputatın səsi ilə təsdiq olunub. 61 deputat qanunun əleyhinə çıxsa da, yerdə qalan bütün müxalif partiyaların nümayəndələri qanunu imzalamaqdan imtina edib.Yeni qanun nəyi nəzərdə tutur?
Yeni qanun son 20 ildə əksər vaxtlarda geniş koalisiya və ittifaq hökumətləri ilə idarə olunan İtaliyada koalisiya hökumətinin fəaliyyətini qadağan edir. Buna səbəb kimi isə koalisiya hökumətlərinin qanunvericilik və icra proseslərinə təsir etdiyi, iqtisadi çətinliklərdən qurtula bilməyən Romanın gələcək inkişafına mane olduğu əsas gətirilib.
Mütləq iqtidarın rəsmiləşdiyi İtaliyada hakimiyyətə gəlmək istəyən partiya bundan sonra ən az 40 faiz səs toplamalıdır.
Yeni qanun 1 iyul 2016-cı ildən etibarən qüvvəyə minəcək.