Rusiya qorxusu: orduya yarım milyard ayrılır

Rusiya qorxusu: orduya yarım milyard ayrılır backend

Polşa kiberməkandakı təhdidlərlə mübarizə üçün xüsusi qüvvələr yaradıb.

Axar.az xəbər verir ki, bunu Polşa Müdafiə naziri Antoni Maçereviç Krakov şəhərində keçirilən konfransda çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, bu qüvvələr Rusiyanın haker hücumlarına qarşı mübarizə üçün önəm kəsb edir. Maçereviç Polşanın kiberordusunun büdcəsinin 547 milyon dollar, şəxsi heyətinin sayının isə 1000 nəfər olacağını bildirib.