Türkiyədən ABŞ-a CAVAB: Amerikalılara viza verilməyəcək

Türkiyədən ABŞ-a CAVAB: Amerikalılara viza verilməyəcək backend

Türkiyənin ABŞ-dakı səfirliyi yerli vətəndaşlara qeyri-immiqrasiya vizalarının verilməsini dayandırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu Vaşinqtonun analoji addımına cavab olub.

“Son hadisələr Türkiyənin hökumətinin ABŞ-la bağlı üzərinə görütdüyü öhdəliklərə yenidən baxmağa sövq edib. Müraciət edənlərin sayını minimuma endirmək üçün Amerikadakı bütün türk diplomatik missiyalarında qeyri-immiqrasiya vizalarının verilişini dayandırmışıq”-deyə açıqlamada deyilir.

Xatırladaq ki, ABŞ-ın Türkiyədəki səfirliyindən çalışan Metin Topuzun FETÖ ilə əlaqədə şübhəli bilinərək həbs olunması rəsmi Vaşinqtonu qəzəbləndirmişdi.