Tıxaca düşən prezident 3 km yolu piyada getdi - “MOTOSİKLET ALMALIYAM“

Tıxaca düşən prezident 3 km yolu piyada getdi - “MOTOSİKLET ALMALIYAM“ backend

Ölkənin Clingon şəhərindəki hərbi tədbirdə iştirak etmək üçün ora gedən İndoneziya prezidenti Coko Vidodo və onunla birlikdə olan heyət yolda tıxaca düşüb.

Qaziler.az Ensonhaber-ə istinadən bildirir ki, Banten əyalətində keçirilən İndoneziya Müdafiə Qüvvələrinin 72-ci ildönümünə həsr edilmiş tədbirə çox böyük kortejlə yola düşən prezident ucu-bucağı görünməyən tıxaca görə maşından düşərək 3 km yolu piyada getməli olub. Paytaxt Cakartadan 2 saat yarmlıq məsafədə yerləşən bu şəhərdəki tədbirə gedən prezident tıxacda yarım saat gözlədikdən sonra maşından enərək qalan 3 km-lik yolu piyada getməyə qərar verib. Prezidentin yanında olan müdafiə naziri, Baş Qərargah rəisi və başqaları da prezidentin ardınca getməli olublar.

Televiziyadakı çıxışında Vidado: "Bəlkə də motosiklet almalıyam, onda yəqin ki, bu qədər yorulmaram"-deyib. 3 km-lik yolu piyada getməyindən şikayətlənməyən prezident: "Sadəcə 3 km yol getmişəm. Bu qədər yolu piyada gəzməyə alışmışam. Lakin kostyum geydiyimə görə tərlədim"-deyib.

Diaspora