Rusiyada təyyarə qəzası baş verib: ölənlər var

Rusiyada təyyarə qəzası baş verib: ölənlər var backend

Rusiyanın Stavropol diyarında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.


"Report" xəbər verir ki, bu barədə "TASS" fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.
Hadisə nəticəsində 2 nəfər ölüb. Qəzaya uğrayan təyyarənin yandığı bildirilir.
Təyyarənin xüsusi şirkətə məxsus olduğu ehtimal edilir. Hadisə yerinə təhqiqat qrupu cəlb edilib.
Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir.