Yanukoviçin adamının əmlakına həbs qoyuldu

Yanukoviçin adamının əmlakına həbs qoyuldu backend

Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin sabiq administrasiya rəhbəri Andrey Klyuyev və qardaşı Sergeyin əmlakı və bank hesablarına həbs qoyulub.

Axar.az xəbər verir ki, bu məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.
“Cinayət mühakimə icraatı tədbirlərini təmin etmək məqsədi ilə Andrey və Sergey Klyuyevlərin həm Ukrayna ərazisində, həm də xaricdəki əmlak və bank hesablarına həbs qoyulub”, - məlumatda bildirilib.
Baş Prokurorluq Klyuyevlər barəsində axtarış elan edildiyini də açıqlayıb.