Türkiyə məhkəməsi “Aqos” qəzetinin erməni baş redaktoru Hrant Dinkin qətl işi üzrə həbs edilən bəzi hərbçiləri azadlığa buraxıb.
Axar.az xəbər verir ki, məhkəmə zalından azadlığa buraxılanlar sırasında Samsun polisinin rəisləri Məti Baltay, Əhməd Çətinər, Trabzon Jandarmeriyasının kəşfiyyatçıları Ergün Yorulmaz, Hüseyn Yılmaz və Qazi Günay olub.Qeyd edək ki, Hrant Dink 2007-ci ildə öz iş yerinin qarşısında güllələnərək öldürülüb.