AŞ PA sədri vəzifəsinə namizədlərin adları açıqlanıb

AŞ PA sədri vəzifəsinə namizədlərin adları açıqlanıb backend

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri vəzifəsinə namizədlərin adları açıqlanıb.

Trend təşkilatın saytına istinadən xəbər verir ki, bu vəzifəyə Stella Kiriakides və Emanuelis Zinqerisin namizədliyi irəli sürülüb.

AŞ PA-nın qaydalarına uyğun olaraq yeni sədr oktyabrın 9-da Strasburqda payız sessiyasında gizli səsvermə yolu ilə seçiləcək.

Qeyd edək ki, AŞ PA sədri Pedro Aqramunt dünən istefa verib. Hazırda Assambleyanın sədri vəzifəsini Rocer Qeyl icra edir.