Ukrayna Nazirlər Kabineti 1 mart 2015-ci il tarixindən etibarən Rusiya vətəndaşlarının ölkəyə daxili pasportla girişini qadağan edib.
QAZİLƏR.AZ-ın “112.ua” saytına istinadən verdiyi məlumata görə, baş nazir Arseni Yatsenyuk bildirib ki, bundan sonra Rusiya vətəndaşları Ukrayna ərazisinə yalnız xarici pasportla daxil ola bilər: “Biz daxili pasport və doğum haqqında şəhadətnamənin dövlət sərhədini keçmək üçün yetərli sayıldığı müddəanı aradan qaldırırıq”.Diplomatik və xidməti pasporta malik olan Rusiya vətəndaşları isə əvvəlki qaydada Ukrayna sərhədini keçə biləcəklər.