Türkiyədə 14 əsgər FETÖ-çu çıxdı

Türkiyədə 14 əsgər FETÖ-çu çıxdı backend

Türkiyə ordusunda FETÖ-ya qarşı əməliyyat davam edir.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 43 əsgər FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.

Onlardan 14-nün “Bylock” gizli mesajlaşma proqramından istifadə sübut olunub və həbs edilib. Digərlər şübhəli əsgərlərin istintaq işləri davam edir.