Zərif İraq Kürdüstanına gedib - Bərzanini fikrindən daşındırmağa çalışacaq

Zərif İraq Kürdüstanına gedib - Bərzanini fikrindən daşındırmağa çalışacaq backend

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İraqın keçmiş Prezidenti Cəlal Təlabaninin dəfn mərasimində iştirak etmək üçün İraq Kürdüstanının Süleymaniyə şəhərinə gedib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Zərif Süleymaniyə şəhərinə geniş tərkibli nümayəndə heyəti ilə gedib.

Ehtimal edilir ki, nazir İraq Kürdüstanının rəsmi şəxsləri ilə qeyri-rəsmi görüşlər keçirərək. Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehran səfərinin yekunları haqqında qarşı tərəfə məlumat verəcək və Məsud Bərzani administrasiyasını müstəqillik fikrindən daşındırmağa çalışacaq.